Əgər dünya prezidentlərinin həyat yoldaşlarının gözəllik müsabiqəsini elan etsək, o zaman birinci yeri böyük fərqlə Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva tutar.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri rusiyalı məşhur publisist, alim-psixoloq, “Rusiyanın qızıl pero” mükafatı laureatı, “Rusiya qəzeti” və “Aktual şərhlər” internet qazetində maraqlı məqalələrin müəllifi Leonid Radzixovskiy “Soverşenno sekretno” proqramında bildirib.
Proqramın bu dəfəki buraxılışı müxtəlif dövrdə yaşayan və müxtəlif xalqların nümayəndələri olan qadınların siyasətdəki roluna həsr olunub. Söhbət lider qadınların, prezident xanımlarının gözəlliyindən düşəndə isə Radzixovskiy Leonid Aleksandroviç Mehriban xanımı dünyanın ən gözəl prezident xanımı hesab etdiyini bildirib.
Proqramın aparıcısı isə “o həm gözəl, həm də ağıllıdır” deyə əlavə edib. Radzixovskiy isə dərhal bu fikirlə razılaşaraq, Mehriban xanımın Azərbaycanda öz imici ilə brend olduğunu qeyd edib:
“Azərbaycanda Əliyevləri sevən, hətta sevməyən hər kəs fəxr edir ki, prezidentlərinin belə xanımı var”.