Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Cinçıxarma” əməliyyatı ilə bağlı ANS-ə xəbərdarlıq edildi
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, MTRŞ-dən verilən məlumata görə, iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-nin qərarına əsasən ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq edilib.
Qeyd edək ki, 10 yanvar 2014-cü il tarixdə ANS televiziyasının canlı efirində epilepsiya xəstəsi olan və daxilində cin olduğu iddia edilən gənc qızın bədənindən cin çıxarılıb. ANS-in “cinçıxarma” əməliyyatı sosial şəbəkələrdə geniş müzakirə olunub.