Azərbaycanı “Eurovision” və “Turkvision” müsabiqələrində təmsil edən bəzi iştirakçılar yeni layihədə bir araya gələcək.
Oxu.Az xəbər verir ki, Xəzər telekanalında yayımlanan “Bizim gün” verilişində bəstəkar Gövhər Həsənzadə yeni layihədən söz açıb.
O, reallaşacaq layihənin böyük müzikl olduğunu söyləyib:
“Artıq “Eurovision” müsabiqəsinə maraq itib, bəzi ölkələr bu müasbiqədən imtina edib. Bu il bizi “Türkvision”da dəstəkləməyə gələn bütün “Eurovision” iştirakçılarımızı bir araya gətirəcəyəm. Böyük müzikl hazırlayıram. Orada Samir Cavadzadə, Eldar Qasımov, Nigar Camal, Fərid Məmmədov və Fərid Həsənov yer alacaq. Sadəcə, texniki məsələlərə görə layihə bir az gecikir. Tezliklə, təqdim edəcəyik”.
Aytən Sadıqzadə
www.oxu.az