2013-cü ildə Azərbaycanda 2012-ci ilə nisbətən bağlanan nikahların sayı 10,3% artıb. Belə ki, 2012-ci ildə ölkədə 78 480 nikah bağlanmışdısa, ötən il ailə quranların sayı artaraq 86 594-ə çatıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.
Bununla yanaşı, ölkədə boşanma hallarının da sayı artıb. Belə ki, ötən il 11 849 nikah pozulub. Halbuki 2012-ci ildə bu 11 min 182 təşkil edib.(Trend)