Gəncə şəhəri İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Adların Əbədiləşdirilməsi üzrə komissiya müxtəlif təşkilatlardan, o cümlədən Qarabağ müharibəsi iştirakçıları və əlilləri, şəhid ailələri ictimai təşkilatından şəhidlərin adlarının şəhərin yeni küçələrinə verilməsi barədə təklifi nəzərdən keçirib.
Komissiya bu təklifləri müsbət dəyərləndirərək, şəhərin İcra Hakimiyyətinə siyahı təqdim edib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, şəhərin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin küçələrinə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş şəxslərin adlarının verilməsi barədə sərəncam imzalayıb.
Siyahıda ümumilikdə 200 nəfərin adı var.
Yeni küçələr Gəncənin müxtəlif rayonlarında, o cümlədən yeni salınmış “Məhsəti”, “Şıxzamanlı”, “Sadıllı” və digərlərində peyda olub.