Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Spiker bəzi jurnalistlərdən gileyləndi: Şou yaradırlar
Parlamentdə akkreditasiyadan keçməyən jurnalistlər deputatların işindən şou yaratmağa cəhd edirlər.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Təəssüf ki, Milli Məclisin plenar iclasları başa çatdıqdan KİV-də yazırlar ki, parlamentdə deputatlara çıxış etməyə şərait yaratmırlar. Çıxışlar zamanı hər dəfə qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda izah edirəm ki, qanun layihəsi ikinci və ya üçüncü oxunuşlarda müzakirə edilir. Deputatlara çıxış etməyə imkan yaradılır”, - O.Əsədov bildirib.
Spiker qeyd edib ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər prosedur qaydaları ilə tanışdırlar, lakin təəssüf ki, digər jurnalistlər bundan şou yaratmaq istəyirlər.
Rasim Babayev
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"