Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Stiv Voznyak Bakıda innovasiyalar, Stiv Cobs və biznes imkanları barədə danışdı
“Stiv Cobsdan hələ xəbər olmayan dövrdə öz kompüterimi yaratmağa başladım”.
Oxu.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitində çıxışı zamanı “Apple” şirkətinin qurucularından biri Stiv Voznyak deyib.
O bildirib ki, mühəndis ailəsində böyüməsi onun elektronikaya marağını artırıb:
“Mən bu sahəyə marağımı uşaq yaşlarımdan inkişaf etdirmişəm. İnanın ki, mən heç məktəbdə də yaxşı oxumurdum. Amma öz ağlıma, ideyalarıma güvənirdim. Karyera yüksəlişi düşünmürdüm. Ömrümün axırına kimi mühəndis olacağımı düşünürdüm. Əvvəlcə “Apple 1” kompüterini yaratdım.
“Stiv Cobsu “Apple”in yaradılmasından beş il əvvəl tanıdım. Əyləncə sevən yeniyetmə idi. O, həyatı dəyişdirən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə bunun yeni biznes imkanı olduğunu dedi və yeni şirkəti yaratmaq ideyasını təklif etdi. “Apple” şirkəti beləcə yarandı. O bu ideyanı verməsə idi, mən elə bu günə qədər mühəndis olaraq qalmışdım. Əsas gəlirlər “Apple 2” kompüteri buraxılandan sonra formalaşmağa başlayıb. Amma “Apple 1” satışa buraxılanda “Apple 2” artıq hazır idi. Ümumiyyətlə, fəaliyyət sahəsini genişləndirmək üçün peşəkar mühəndislər önəmlidir. Biz insanları şirkətimizə bacarıqlarına görə cəlb edirdik”.
Könül Cəfərli
Rəylər