Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Mingəçevir şəhərində, 1 nəfər su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.