“Bu məhkəmədə 28-32 min arası məhkəmə proseslərinin baxılması ehtimal edilir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.
O bildirib ki, bu, məhkəmələrin yükünün kifayət qədər çox olduğunu göstərir:
“Təbii ki, biz məhkəmə qərarlarının sabitlik məsələsinə, eləcə də vətəndaşların məhkəmələrə göstərdiyi etimada 2020-ci ildə qeydə alınan bəzi statistik rəqəmlərdən də görə bilərik.
Belə ki, 2020-ci ildə Birinci İnstansiya Məhkəmələrinin mülki işlər üzrə qətnamələrinin 95 %, kommersiya məsələləri üzrə qərarların 95,9 %-i, İnzibati mübahisələr üzrə qərarların 82,1%-i, cinayət işləri üzrə qərarların isə 91,3 %-i qüvvədə qalıb.
Bu o deməkdir ki, bu işlər üzrə ya şikayət verilməyib, ya da verilən şikayətlərə baxılıb və Birinci İnstansiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Bundan başqa 2020-ci ildə Apellyasiya Məhkəmələrinin mülki işlər üzrə verdiyi qərarların 93,3%-i, kommersiya məsələləri üzrə verilən qərarların 90,9 %-i, inzibati mübahisələrdə 82 %-i, cinayət işləri üzrə qəbul edilən hökmlərin isə 92,2 %-i qüvvədə qalıb”.
“Birinci İnstansiya Məhkəmələrinin mülki işlər üzrə qəbul etdiyi qərarların 5,4 %-nə, kommersiya məsələləri üzrə qərarların 6 %-nə, inzibati mübahisələrlə bağlı qərarların 24,6 %-nə, cinayət işləri üzrə hökmlərin 15,7 % - nə kassasiya qaydasında baxılır” - deyə o, qeyd edib.
Könül Cəfərli