Bu gün Nizami rayonu ərazisindəki “Sultan” şadlıq evində baş verib.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, partlayış nəticəsində 1962-ci il təvəllüdlü Əhmədov Əlif Əli oğlu və 1993-cü ildə anadan olmuş Comərdov Tural Telman oğlu yaralanıb. Hər iki şəxs 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan Ə.Əhmədovun vəziyyəti kritik qiymətləndirilir.
Qeyd edək ki, partlayış nəticəsində yaralanan şəxslər həmin şadlıq evində təmir işi ilə məşğul olan ustalardır.