E.İ.Quliyevə general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin İsağa oğlu Quliyevə general-polkovnik hərbi rütbəsi verilsin”.