Sumqayıt Şəhər İcra Hakimiyyəti dənizkənarı bulvarın yaxınlığındakı ərazinin zibil poliqonuna çevrilməsi haqqında məlumata münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt bulvarının genişləndirilmiş hissəsinə yaxın ərazidə hazırda tikinti işləri davam etdirilir:
“Ərazidə yeni infrastruktur yaradılır. Dəniz kənarında olan, eləcə də, suyun çəkilməsi nəticəsində üzə çıxan daşlar da mütəmadi olaraq sahildə toplanaraq, ərazidən daşınır”.
“Təmir-tikinti işləri ilə əlaqədar toplanmış tullantıların daşınması hər gün həyata keçirilir və yaxın günlərdə ərazinin təmizlənməsi işləri yekunlaşacaq”, - deyə məlumatda qeyd edilib.
İlhamə Əbülfət