Mayın 26-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb. Düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.
Sumqayıtla yanaşı, Bakıda da güclü dolu yağıb.
Oxu.Az xəbər verir ki, dolu və ardınca yağaın leysan səbəbindən yollarda hərəkət çətinləşib.
Həmin görüntüləri təqdim edirik:
Hazırda Sumqayıt şəhərində xırda dənəli dolu qeydə alınır.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 15:20 məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində prosesin qısamüddətdə yayılması ehtimalı var.
Sumqayıt şəhərində hazırda hava şəraitinin kəskin dəyişdiyi və güclü dolu yağdığı bildirilir.
Bu barədə Oxu.Az-ın "qaynar xətt"inə məlumat daxil olub.
"Müşahidə olunan dolun nəqliyyatın hərəkətində çətinliklər yaradır", - deyə məlumatda bildirilir.
Şəhərdən çəkilmiş görüntüləri təqdim edirik: