Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxıldı: Vəziyyəti ağırdır, Bakıya təxliyə olundu
Bu gün saat 15 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Mərkəzdən "Report"un yerli bürosuna bildirilib ki, ağır müştərək travma və baş-beyin əzilməsi diaqnozları təyin edilən azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olduğundan, ailə üzvlərinin yazılı iltizamnaməsi ilə Bakıdakı özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.
Hadisənin səbəbi araşdırılır.
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda qəzaya düşən ana-balanın son vəziyyəti AÇIQLANDI
- Sumqayıtda martın 1-də peyda olan quyunun hansı məqsədlə qazıldığı bəlli oldu
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda DƏHŞƏT
- Sumqayıtda məktəbin yaxınlığında ağacdan asılmış meyit tapıldı