Sumqayıt şəhərində 1200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iyunun 29-da saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq.
Qazın verilişinin təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir.
Qaynar xətt:
(055) 224 12 12