Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sumqayıtda 39 yaşlı kişi arvadını döydü
Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Sabir Abbasov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Süsən Abbasovaya (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində baş verib.
Sabir orada yerləşən fərdi evdə həyat yoldaşı Süsən ilə mübahisə edib. Aralarında baş vermiş mübahisə zamanı Sabir onun sinə nahiyəsinə yumruqla xəsarətlər yetirib.
Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O qeyd edib ki, zərərçəkmiş Süsən onun həyat yoldaşıdır:
"Atam və qardaşım öldükdən sonra əsəbi olmuşam. Hadisə günü aramızda baş vermiş mübahisə zamanı Süsəni vurmuşam".
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. İşə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sabirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Rəylər