Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a hadisə şahidi məlumat verib.
Onun sözlərinə görə, 30 nömrəli sərnişin avtobusunun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yaşayış binasına çırpıb.
Hadisə nəticəsində 30-dan çox sərnişinin yaralandığı, onlardan 10-nun vəziyyətinin ağır olduğu qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.