Sumqayıt şəhərində marşrut avtobusunda baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yanğınsöndürənlərin tərəfindən "Isuzu" markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.
Xəsarət alan yoxdur.
Sumqayıt şəhərində marşrut avtobusu yanır.
Oxu.Az xəbər verir ki bu barədə görüntülər sosial mediada paylaşıb.
Yanğın şəhər ərazisində fəaliyyət göstərən 2 saylı müntəzəm marşrut xəttinə aid "Isuzu" markalı avtobusda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür:
"FHN-in "112" qaynar xəttinə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.
Dərhal Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür".
Aygün Mirakif