Sumqayıt şəhərində bir azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Bildirilib ki, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.