Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin adları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
"Sözügedən yol-nəqliyyat hadisəsi yanvarın 21-i saat 22:52-də Sumqayıt şəhəri Niyazi küçəsində, Təcili Tibbi Yardım Stansiyasının qarşısında qeydə alınıb.
1987-ci il təvəllüdlü Emil Yaşar oğlu Surxayovun idarə etdiyi KIA markalı, 77-MF-033 dövlət nömrə nişanlı avtomobil 2003-cü il təvəllüdlü Məhərrəm Ayaz oğlu Həsənovun idarə etdiyi "Mercedes" markalı 99-MF-553 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və iki sərnişin - 2003-ci il təvəllüdlü Nicat Pənah oğlu Rüstəmli və 1988-ci il təvəllüdlü Məhəmməd Səmayıl oğlu İsmayılov xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.


Qeyd edək ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən yanvarın 21-də saat 23:00-da Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunduğu bildirilib.
Əzizə İsmayılova