Sumqayıt şəhərində bir sıra küçələrdə qazıntı işləri həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, şəhərin 8-ci mikrorayon ərazisində kanalizasiya xəttinin çəkilişi aparılır.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə tullantı su xətlərinin yenilənməsi istiqamətində işlər icra olunur.