Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıtda dəhşətli hadisə: Ürəktutma keçirən kişi dərəyə yuvarlandı - YENİLƏNİB + VİDEO
Sumqayıtda 53 yaşlı kişi faciəli şəkildə ölüb.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, ürəktutma keçirən 1971-ci il təvəllüdlü Mahir Əhmədov dərəyə yuvarlanıb.
Onun cansız bədəni polis əməkdaşları tərəfindən aşkar edilib.
Qonşusunun sözlərinə görə, mərhum yıxılanda içkili olub:
“Tikintidə işləyirdi, arada içirdi. Səhər-səhər oğlu zəng edib dedi ki, içkili olub, dənizin qırağında ürəyi tutub, yıxılıb”.

01:23
Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.
“Report”un məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidəki üstü bağlanmamış quyuya düşərək ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Rəylər