İyulun 25-i saat 21 radələrində Sumqayıtda ağır yol qəzası baş verib.
Oxu.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakinləri Toğrul Hüseynalıyevin idarə etdiyi “VAZ-21099” markalı və Zülal Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə Z.Hacıyev hadisə yerində ölüb, sərnişinləri - Sumqayıt şəhər sakinləri Bayram Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya yerləşdirilib.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.