Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sumqayıtda dəm qazından zəhərlənən şəxslərin son durumu AÇIQLANDI
Yanvarın 5-i saat 01:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına dörd nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə bir nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.
Aləmdə Nəsib
Sumqayıt şəhərində beş nəfər dəm qazından zəhərlənib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar yaşayış massivində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri - 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov, onun oğlu, 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov, 1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov, onun oğlu, 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər