"Sumqayıtda hamamda dəm qazından zəhərlənən uşaqlarından dördü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır."
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, yerdə qalan iki uşağın da dövlət himayəsinə verilməsi nəzərdə tutulur.
"Onlar növbəti tədris ilindən etibarən Bilgəhdə təhsillərini davam etdirəcəklər. Ailədə qalan körpə isə südəmər olduğundan valideynlərin yanında qalır. Uşaqlardan biri isə hazırda Bakıda xəstəxanadadır", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 azyaşlı üzvü hamamda dəm qazından zəhərlənib. Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.