Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan Kamal Mirzə oğlu Nəbiyevin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Hadisə şahidinin sözlərinə görə, sözügedən ərazidə eyni vaxtda üç nəfər batıb:
"Burada çimirdik, gördük ki, o tərəfdə hadisə baş verib, adamlar çoxalıb. Yaxınlaşdıq, dedilər ki, üç nəfər batıb, ikisini çıxarıblar, biri hələ də sudadır. On beş-iyirmi dəqiqə axtarışlardan sonra onu da sudan çıxardılar".
Qeyd edək ki, K.Nəbiyəv qadağan olunmuş ərazidə çimərkən batıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
"Dedilər ki, o tərəfdə üç nəfər batıb" - 17 yaşlı Kamalın həyatı bir anda məhv oldu
Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.
"Report" xəbər verir ki, dənizdə batan şəxs 2006-cı il təvəllüdlü Kamal Mirzə oğlu Nəbiyevdir.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 kilometr aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Rəylər