Sumqayıtda dənizdə 2 nəfər batıb.
Bu barədə məlumat Oxu.Az-a Daxili İşlər Nazirliyindən verilib.
Məlumata görə, avqustun 22-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindəki dəniz çimərliyində qəsəbə sakinləri Zaur Məmmədov və Filman Məmmədov dənizdə çimərkən boğulub.
Meyitlər sudan çıxarılıb.