Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sumqayıtda evdə yanan qadın xəstəxanada ölüb
Sumqayıt şəhərində evdə yanan 71 yaşlı qadın xəstəxanada ölüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə 3 gün öncə Sumqayıt şəhər Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.
O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Yanıq xəsarətləri" teqi üzrə xəbərlər
- Saç əkimində yeni mərhələ: Yanıq izləri olan pasiyent üçün uğurlu əməliyyat
- Qonaq getdiyi evdə yanıq xəsarətləri alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
- Gəncədə zavodda su qızdırıcısı partladı: Xəsarət alan var
- Bərdədə faciəli ÖLÜM: Beş yaşlı uşaq tonqalda yandı
- Su çəninin partlaması nəticəsində ağır xəsarət alan qadınla bağlı AÇIQLAMA
Ən çox oxunanlar