Sumqayıtda yanğın hadisəsi baş verib.
Hadisə şəhərin Xəzər bağları ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, ev sahibinin sözlərinə görə, yanğına səbəb qısaqapanma olub:
"İşdə idim. Zəng etdilər ki, qısaqapanma nəticəsində yanğın baş verib. Ev yararsız vəziyyətə düşüb. Birinci mərtəbədə hər şey yanıb, demək olar ki, heç nə qalmayıb. İkinci mərtəbə də yararsız vəziyyətdədir".
Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, evdə baş verən yanğın qısa müddətdə genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.