Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sumqayıtda gənc buzlanmış yolda təhlükə yaratdı - DYP çağırış etdi
"Son zamanlar bəzi gənclərin ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların arxa hissəsindən tutaraq sürüşməsi halları müşahidə olunur. Bildiririk ki, bu cür hərəkətlər insan həyatına ciddi təhlükə yaradır və qəza halları ilə nəticələnə bilər".
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.
Qeyd olunub ki, hər bir yol hərəkəti iştirakçısı bilməlidir ki, bu cür davranışlar həm həmin şəxsin, həm də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratmaqla yanaşı, sürücünün diqqətini yayındıraraq qəzaların baş verməsinə səbəb ola bilər:
"Eyni zmanada bu, yol hərəkəti qaydalarının pozulmasıdır. Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarından, xüsusilə valideynlərdən xahiş edir ki, övladlarını belə təhlükəli hərəkətlərdən çəkindirsinlər. Hər kəsin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmək mütləqdir!"
Sumqayıtda bir gənc əyləncə üçün buzlanmış yolda təhlükəli manevrlər edib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, o, hərəkətdə olan sərnişin avtobusunun arxasından tutaraq sürüşüb.
Həmin görüntüləri təqdim edirik:
@oxuaz Sumqayıtda gənc oğlan buzlu yolda təhlükəli hərəkət edib. #sumqayıt #xəbər #azərbaycan #macəra #xəbər #xəbərlər #sonxəbərlər ♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıt sakinlərinin sahibsiz it problemi: "Uşaqlarımızı qorxa-qorxa məktəbə aparırıq"
- Sumqayıtda 46 yaşlı kişi baltalanıb
- Yaşayış binasının həyəti ÇÖKDÜ: Sakinlər təşviş içində
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlardan şikayət: "508 nömrəli marşrutun sürücüləri özbaşınalıq edirlər"