Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sumqayıtda baş vermiş yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
Sumqayıt şəhərində baş vermiş yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 19.01.2025-ci il tarixində saat 14:20-də 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Sağ döş qəfəsinin yüngül əzilməsi diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyəti stabildir.
Xatırladaq ki, bu gün günorta saatlarında Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində baş vemriş yanğının qarşısı alınıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Sumqayıtda yaşayış evi yanır, xəsarət alan var.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospekti, "Əşya bazarı" adlanan yerdə qeydə alınıb.
Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.
İlkin məlumata görə, hadisə zamanı yanğınsöndürən Bəxtiyar Ağayev adlı şəxs xəsarət alıb.
Sosial şəbəkələrdə Sumqayıt şəhəri ərazisində yanğın baş verməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Vurğulanıb ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Şükufə Süleymanlı