Sumqayıtda içərisində qız uşağı olan çanta tapılıb.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sentyabrın 6-da Sumqayıt şəhərinin Koroğlu prospektində içərisində qız uşağı, geyim əşyaları və 1 yaşlı Dərya Məmmədovanın adına verilmiş doğum haqqında şəhadətnamə olan çanta tapılaraq 1 saylı Doğum evinə təhvil verilib.