Noyabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək yarmarkasını Sumqayıt şəhərində keçirəcək.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, yarmarka Sumqayıt Dövlət Universitetinin foyesində saat 10-da keçiriləcək. Yarmarkada boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Tədbir zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək istəyənlərin qeydiyyatı da aparılacaq.
Cari ilin ötən dövründə nazirlik tərəfindən respublikanın 53 şəhər və rayonunda əmək yarmarkaları keçirilib. Bu yarmarkalarda ümumilikdə 1961 müəssisə tərəfindən 16781 boş (vakant) iş yeri təqdim olunub. Boş iş yerlərinə göndərilmiş vətəndaşların 80%-i münasib iş yerləri ilə təmin olunub.