Sumqayıtda işıqforun işində yaranan nasazlıq aradan qaldırılır.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev məlumat verib.

"Sumqayıt şəhərinin Koroğlu və Mirzə Ələkbər Sabir küçələrinin kəsişməsində yerləşən işıqforda qısaqapanma nəticəsində yaranmış texniki nasazlıq dərhal nəzarətə götürülüb. Əraziyə operativ şəkildə əməkdaşlar cəlb olunublar və texniki nasazlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür", - deyə E.Hacıyev bildirib.
Sumqayıtda işıqforun işində nasazlıq yaranıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Bildirilib ki, Koroğlu və Mirzə Ələkbər Sabir küçələrinin kəsişməsində olan işıqforun işində problem yaranıb.
"İşıqforun bütün işıqları eyni anda yanır. Bu isə sürücülər üçün hərəkətin çox intensiv olduğu bir kəsişmədə aşkar təhlükədir", - deyə məlumatda bildirilib.