08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının dörd briqadası hadisə yerinə cəlb edilib.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində dörd nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
21:00
Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.
“Report” xəbər verir ki, müəssisədə işləyən dörd qadının - Asudə Əşrəf qızı Behbudova, Nuranə Pərviz qızı Əliyeva, Gülpəri İbrahim qızı Mahmudova və Simnarə Ağabəy qızı Yarmədova dəm qazından zəhərləndikləri bildirilir.
Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.