Bu gün Sumqayıtın orta məktəblərindən birində xoşagəlməz insident baş verib.
14 saylı orta məktəbin 16 yaşlı şagirdi hündürlükdən yıxılıb, aldığı zədələrlə əlaqədar şəhər xəstəxanasına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a hadisə şahidləri bildiriblər.
Onların sözlərinə görə, şagird təhsil müssisəsinin 3-cü mərtəbəsindən yıxılıb. Məlumata görə, yeniyetmə müəllimdən dərs vaxtı sinfi tərk etmək barədə icazə ala bilmədikdən sonra bu addımı atıb. Şagird deyib ki, guya o, repetitor yanına hazırlığa getməlidir.
Sumqayıt şəhərinin Polis İdarəsindən informasiyanı qismən təsdiqləyiblər. Məlumata görə, 2-ci mikrorayonun 16 yaşlı sakini həqiqətən də yıxılıb, lakin üçüncü mərtəbədən yox, məktəbin yüksək hasarını aşmağa çalışarkən. Nəticədə yeniyetmə qolunu sındırıb.
Müəyyən olunub ki, şagirdin adı Cavid Cəbiyevdir. O, sol çiyin sümüyünün açıq sınığı ilə xəstəxanaya daxil olub. Xəstənin vəziyyəti haqqında məlumat verilmir.
Hazırda faktla bağlı araşdırma aparılır. Mövzunu davam etdirəcəyik.