Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi birgə baxış keçirib.
Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus olan və Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən bağ sahəsində axtarış aparılıb.
Nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.
Faktla bağlı protokol tərtib edilərək məhkəməyə göndərilib.