Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sumqayıtda qəza: Xəsarət alan piyadaların son durumu AÇIQLANDI
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 23 noyabr saat 18:50-də 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına sol diz sümüyünün proksimal ucunun açıq sınığı diaqnozu ilə hospitalizasiya olunub.
"Zəruri tibbi yardımlardan sonra özünün yazılı iltizamnaməsi ilə ambulator müalicə üçün evə buraxılıb.
Sözügedən şəxs 25 noyabr saat 11:30-da tibb müəssisəsinə yenidən müraciət edib. Hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) isə 23 noyabr saat 19:00-da Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Ona bədənin bir neçə nahiyəsinin müştərək sınıqları və bədənin bir neçə nahiyəsinin açıq yaraları diaqnozu ilə zəruri tibbi yardım göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda göstərilir.
Əzizə İsmayılova
Sumqayıtda avtomobil qəzası baş verib, iki piyada xəsarət alıb.
APA xəbər verir ki, hadisə Novxanı bağları ərazisində qeydə alınıb.
2008-ci il təvəllüdlü Elvin Mahmudov idarə etdiyi "Opel" markalı avtomobillə piyadalar - 1988-ci il təvəllüdlü Şəbnəm Aləm qızı Məsimovanı və 2009-cu il təvəllüdlü Nəzrin Həbib qızı Məsimovanı vurub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda "BakuBus" avtobusu park halında olan avtomobillərə çırpıldı
- Zaqatalada ağır qəzada xəsarət alanların son vəziyyətləri açıqlanıb
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var