Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi
Sumqayıtda qız onu başmaqla vuran anası barəsində polisə şikayət verib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1974-cu ildə anadan olan C.N. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, C.N. ilə qızı N.N. arasında yaşadıqları evdə mübahisə düşüb. Mübahisəyə səbəb C.N.-in qızının Elçin adlı şəxslə sevgi münasibətlərinə qarşı çıxmağı olub.
Belə ki, bir neçə ay əvvəl C.N. qızı ilə sevgi münasibətində olan Elçin adlı şəxsdən polisə şikayət verib. Məhkəmənin qərarı ilə Elçin 300 manat cərimələnib.
Ana və qızı arasında mübahisə də Elçinə görə yaranıb. C.N. qızına onunla münasibətlərinə son qoymağı tapşırıb. N.N. isə anasına qarşı çıxaraq onun istəyinə "yox" cavabı verib. Nəticədə C.N. ayağındakı başmaqla qızının ayağına vurub. Qız buna görə anasından şikayət edib və məhkəmədə anasının həbs olunmamasını, lakin cərimə edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə C.N. 300 manat cərimə olunub.
"İnzibati Xətalar Məcəlləsi" teqi üzrə xəbərlər
- Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2 500 manatadək cərimələnəcək
- Ovlama qaydalarını pozan şəxslərin ov hüququ məhdudlaşdırılacaq
- Torpaq sahələrindən necə düzgün istifadə etmək lazımdır?
- Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
- Meyxanaçı Balaəli məhkəməyə VERİLDİ
Rəylər