Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sumqayıtda sərnişin avtobusunun vurduğu piyada üç gün komada qalıb
Sumqayıtda avtobus vurması nəticəsində ölən piyada Səringül Həsənova üç gün koma vəziyyətində qalıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə martın 11-i saat 16:30-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1949-cu il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə hospitalizasiya olunub.
Koma vəziyyətində olan pasiyentə kəllə-beyin travması və baş-beyin əzilməsi diaqnozları təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, martın 14-ü saat 10:20-da pasiyentin ölüm faktı qeydə alınıb".
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Sülh prospekti, 76-cı məhəllə ərazisində qeydə alınıb.
522 nömrəli marşrut avtobusunun sürücüsü Babək Quliyev yolu keçmək istəyən 76 yaşlı Səringül Həsənovanı vurub.
Ağır xəsarət alan Səringül Həsənova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aygün Mirakif
Sumqayıtda naməlum piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.
Sürücü Babək Əliyev idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red.) vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.