Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə kağız emalı sexində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.