Gördüyünüz bu fotolar Sumqayıtın N.Nərimanov prospektində, Mərkəzi Bazarın yaxınlığında çəkilib.
Oxu.Az Xeberle.com-a istinadən xəbər verir ki, hazırda həmin səkilərdə yerə tametlərin düzülməsi prosesi gedir.
Amma maraqlıdır ki, tametləri bütövlükdə səki üzrə düzüblər, lazım gəldiyi halda, tutalım ağacların ətrafı boyunca boş yer buraxmayıblar.
İndi bu ağacları, görəsən, necə sulamaq, dibini necə yumşaltmaq olacaq?! Ya düzəldəndə yaddan çıxıb, ya da əksinə, bəlkə məqsədlidir, elə ağacların sulanmaması, bellənməməsinə görə bu cür ediblər?!
Fotolar çəkilən zaman yerə tamet döşəyən işçilərdən biri bildirib ki, bu, müvəqqəti olaraq belədir.
Bir azdan o ağacların diblərindəki tametlər söküləcək və kənarlardan məsafələr buraxılmaqla ağacların ətrafından kvadrat şəkildə kiçicik bardürlər düzüləcək. 


www.oxu.az