Nabran Holiday Village istirahət mərkəzi ötən həftə iki yaşlı İmran Cəfərzadə ilə bağlı bədbəxt hadisənin təfərrüatlarının araşdırılacağı müddət ərzində bağlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Xaçmaz rayonunun prokuroru Yusif Cəmilli bildirib.
Prokurorun sözlərinə görə, mərkəzin həmin gün işdə olan bütün əməkdaşları istintaqa cəlb olunublar.
“Günahkarlar hələ aşkarlanmayıblar, faktla bağlı saxlananlar yoxdur. Faktla bağlı cinayət işi qaldırılıb. Hadisənin təfərrüatları məlum olan kimi biz ictimaiyyəti məlumatlandıracağıq” – deyə, Y.Cəmilli bildirib.
Xatırladaq ki, istintaq respublikanın Baş prokurorluğunun və ölkə prezidentinin şəxsi nəzarətinə götürülüb.
21 iyul 2013-cü ildə Nabran Holiday Village akvaparkında baş vermiş dəhşətli hadisə cəmiyyətdə böyük rezonans doğurub.
Həmin faciədə hovuzun nasos sisteminin qəfil işə düşməsi nəticəsində 2 yaşlı İmran Cəfərzadə hər iki ayağını itirb.