Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İslam Həmrəyliyi Oyunları 2017 – Bakıda
İyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci hesabat-seçki Baş Assambleyası keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İdman və Gənclər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
İclasda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-nın vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, MOK-nin Beynəlxalq proqramlar üzrə mütəxəssisi və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov şəhərin təqdimatı ilə çıxış ediblər.
Assambleya çərçivəsində “Bakı-2017 Namizədlik” kitabının təqdimatı olub.
Tədbir iştirakçılarına islam oyunları ilə bağlı hazırlanmış xüsusi video çarx nümayiş etdirilib və çap məhsulları paylanılıb.
Assambleyada səsvermə zamanı, tam yekdilliklə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarınına ev sahibliyi etməsi haqda qərar qəbul edilib.
Tədbir zamanı Çingiz Hüseynzadə yenidən növbəti 4 illiyə İHİF-nın vitse-prezidenti seçilib, İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq həmyerlimiz Könül Nurullayeva seçilib.
Beləliklə, Azərbaycan İslam Həmrəylik İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdir.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi
Rəylər