Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerləşən məişət tullantıları poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə FHN-dən məlumat verilib.
Hazırda havanın güclü küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən tüstülənmə ocaqlarının söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir. Açıq alov mənbələri müşahidə olunmur.
Əlavə məlumat veriləcək.