Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bu gün günorta daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində üç nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, dərhal hadisə yerinə qurumun müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.