Sumqayıtda yanğınla əlaqədar polis təhlükəsizlik tədbirlərini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları sakinlərin təxliyə tədbirlərində iştirak edirlər.
Yaşayış sahəsi polis nəzarətinə götürülməklə təhlükəsizlik təmin olunur.
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları tərəfindən söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla, 22 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan ikiotaqlı mənzilin yanar kostruksiyaları 40 kvadratmetr sahədə yanıb.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub", - məlumatda bildirilib.
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı vətəndaşlar təxliyə olunurlar.
Oxu.Az xəbər verir ki, hazırda 21 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə gətirilib. Onların arasında böyüklərlə yanaşı, azyaşlılar və hamilə qadın da var.
İlkin ehtimala görə, yanğın zamanı 3 mənzil yanıb.
Həmin görüntüləri təqdim edirik:

Aygün Mirakif
Sumqayıtda yaşayış binasında yanğın başlayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayonda mənzildə yanğın olması barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Həmin görüntüləri təqdim edirik: