Sumqayıtda 72 yaşlı kişinin dənizdə boğulması ilə bağlı yeni detallar məlum olub.
Mərhum Museyib Zakarayevin qonşusunun sözlərinə görə, o, suda salto vurub və gözdən itib:
"Dedim ki, ağsaqqal, hava küləklidir. Cavab verdi ki, bala, qismət nə olacaqsa olacaq. Nə qədər dedik, dinləmədi", - deyə qonşu bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Sumqayıtda kişi dənizdə çimərkən boğulub.
Oxu.Az xəbər verir ki, hadisə Corat qəsəbəsi sahillərində baş verib.
Belə ki, 72 yaşlı Museyib Zakarayev dənizdə çimərkən batıb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.