Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Sumqayıtda, zavodlardan birinin həyətində yanğın başlayıb.
Fövqəladə hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bildirilir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:
"Hazırda yanğının söndürülməsi işləri davam etdirilir".
Əzizə İsmayılova