Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpü qəzalı vəziyyətdədir
Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü qəzalı vəziyyətdədir.
Bu barədə Oxu.Az-a həmin körpüdən mütəmadi istifadə edən sürücülər şikayət ünvanlayıblar.
Şikayətdə bildirilir ki, Sumqayıtla Saray qəsəbəsi arasında olan körpüdəki yol örtüyündə iki ildən çoxdur ki, böyük çatlar yaranıb. Körpünün həmin hissəsində artıq xeyli vaxtdır, çökmənin meydana gəlməsi də sürücülər üçün ciddi təhlükə yaradıb.
"Yol elə vəziyyətdədir ki, həmin yerə çatanda mütləq sürəti tam azaltmaq lazımdır. O yola nabələd olan adamlar isə bunu bilmirlər, nəticədə real təhlükə ilə üzləşirlər. Körpünün altından dəmiryol xəttinin keçməsi də təhlükəni birə-beş artırır.
Bundan əlavə, Sumqayıtdan Saray istiqamətinə keçən hissədə olan işıqforun fəaliyyəti də neçə aydır, dayandırılıb. Səbəb kimi körpüyə düşən yükün azaldılması göstərilir. Deyilənə görə, işıqfor işləyəndə nəqliyyat vasitələri körpünün üzərində dayanmalı olur ki, bu da ağırlığı artırır.
Problem neçə ildir ki, var, amma aidiyyəti qurumlar hansısa tədbir görməyə tələsmirlər. Əgər burada ağır hadisə baş versə, məsuliyyəti kim daşıyacaq?" - deyə şikayətdə qeyd olunur.
Sözügedən ərazidən video və fotoları təqdim edirik:
Əzizə İsmayılova
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda yataqxanada yanğın olub: Sakinlər təxliyə ediliblər
- Sumqayıtda sexdə güclü YANĞIN
- Sumqayıtda binada YANĞIN: Sakinlər təxliyə olundular
- Daha bir tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri SÖKÜR? - İDDİA
- Sumqayıt sakinlərinin narahatlığı: "Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik"